Qocalmaqdan qorxmayın - YENİ KƏŞF
Digər
22 Oktyabr 2017 16:18

Qocalmaqdan qorxmayın - YENİ KƏŞF


Elm adamları qocalma hüceyrələrini idarə edən yeni zülal kəşf edib.

Publika.az xəbər verir ki, Scripps Araşdırma İnstitutundan alimləri TZAP adı verilən zülalın xromosom uclarını qoruyan DNT parçaları telomerlərin nə qədər uzun ola biləcəyini təyin etdiyini və xromosom uclarını bağladığını bildirib.

Araşdırmada TZAP-ın telomerin çox uzanmamasını təmin edən dövrü idarə etdiyini kəşf edilib.

Telomerlerin uzunluğu, bədəndə hüceyrələrin ömrü baxımından böyük əhəmiyyət daşıyır. Bu səbəbdən telomerin qocalma və xərçəng kimi kritik proseslərdə həlledici rol oynadığı müəyyənləşib.

Araşdırmanı aparan Eros Lazzerini Denç telomerin bir hüceyrə saatını təmsil etdiyini deyib. Onun sözlərinə görə, hər bir insan müəyyən uzunluqlu telomerlə dünyaya gəlir. Hər hüceyrə bölünəndə telomere bir hissəsini itirir.Telomer çox qısaldığında artıq hüceyrə bölünmür.

Gülxar

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08