Özündən 20 yaş kiçik sevgilisi üçün gözəlləşmək istədi, komaya düşdü - FOTO
Maraqlı
22 Oktyabr 2017 17:34

Özündən 20 yaş kiçik sevgilisi üçün gözəlləşmək istədi, komaya düşdü - FOTO


Vaxtilə Türkiyə gözəli seçilən və sonuncu Osmanlı xəlifəsi Əbdülməcidin nəvəsi Heydarabad Nizamı Mükərrəm Bərəkət Şahın keçmiş xanımı Manolya Onur ölüm ayağındadır.

Qafqazinfo-nun Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, 63 yaşlı qadın özündən 20 yaş kiçik sevgilisi, model Can Bozok üçün gözəlləşmək məqsədilə İstanbuldakı özəl klinikalardan birində "liposuction" (yağalma əməliyyatı) əməliyyatı  keçirib. Lakin əməliyyatdan sonra onun bədənində laxtalanmanın sürəti artıb, ağciyərlərində problem yaranıb, nəticədə M. Onur komaya düşüb. 

Qeyd edək ki, Manolya Onur 1975-ci ildə Türkiyənin ikinci gözəli seçilib. O, 1990-cı ildə Heydarabad Nizamı Mükərrəm Bərəkət Şaha ərə gedib, bu evlilikdən Nilüfer Jah dünyaya gəlib. Cütlük 1994-cü ildə boşanıb. 

Milli.Az







loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 noyabr

Astroloji proqnoz - 17 noyabr

17 Noyabr 2017 00:13