EKSPERT: Şimali Koreya ikinci təhlükəli silahını hazırlamaq üzrədir - FOTOLAR
Dünya
22 Oktyabr 2017 17:58

EKSPERT: Şimali Koreya ikinci təhlükəli silahını hazırlamaq üzrədir - FOTOLAR


Bir neçə gün əvvəl ABŞ kəşfiyyatının Şimali Koreyada Sinpo-C adlı yeni sualtı gəmi aşkar etdiyi xəbəri yayılmışdı.

Publika.az xəbər verir ki, qayıq bir və ya bir neçə qitələrarası vuran ballistik raketlə silahlanıb. Bu barədə "The Diplomat" məlumat yaymışdı.

Nəşrin məlumatına görə, sualtı gəmi dizel-elektrik mühərriki ilə təchiz edilib, su basımı 2 min tona malikdir və eni 11 metrə çatır.

Məlumatı təsdiqləyən ekspert bu gün "The Diplomat"a bildirib ki, bəli, Sinpo-C sualtı gəmisinin tikintisi artıq başa çatmaq üzrədir və onu dünya üçün yeni təhlükə hesab etmək olar.

O, Sinpo-B-dən daha böyük və daha güclüdür. Ehtimal ki, daha çox qitələrarası vuran ballistik raket aparıb-gətirməyə bacarıqlıdır.

Zaur H.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Qaxda mağaza yandı

Qaxda mağaza yandı

19 Noyabr 2017 03:47