"İbrahimoviç indi mənim üçün işləməli olacaq"
İdman
22 Oktyabr 2017 18:44

"İbrahimoviç indi mənim üçün işləməli olacaq"


Məşhur futbol agenti Mino Rayola Zlatan İbrahimoviçin karyerasını bitirmək barədə düşünmədiyini bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, italiyalı menecer ulduz futbolçunun ən azı 5 il də oynamalı olduğunu qeyd edib.

"İbrahimoviçə dayanmağa imkan verməyəcəm. O, mənim üçün işləməli olacaq. Bir neçə il bu iltifatı mən ona göstərmişəm. İndisə növbə onundur. Uşaqlarım böyüyüb, mənə pul lazımdır. Zlatanla danışmışdıq ki, 5 il ərzində yalnız mənə işləyəcək. Yerimizi dəyişəcəyik. Onun alacağı məvacib mənə, komision haqq isə ona çatacaq".

Rayola İbrahimoviçin karyerasını bitirəndən sonra baş məşqçi kimi çalışmaq perspektivlərinə də toxunub.

"Tanrı onun məşq keçəcəyi futbolçulara rəhm etsin. Bir futbolçu görmək istərəm ki, Zlatanın nə dediyini bilmədiyi barədə açıqlama verə. Bu baş versə, hər şeyin gizli kamera ilə çəkilməsi mənə çox maraqlı olardı.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 noyabr

Astroloji proqnoz - 17 noyabr

17 Noyabr 2017 00:13