Azərbaycanlı polis Rusiyada bir ailəni ölümdən xilas etdi
Ölkə
22 Oktyabr 2017 19:34

Azərbaycanlı polis Rusiyada bir ailəni ölümdən xilas etdi


Rusiya Yol-Patrul Xidmətinin (YPX) əməkdaşı, soydaşımız Baxış Kərimov Sverdlovsk vilayətində dörd uşağı yanğından xilas edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, RF DİN-in regional idarəsinin mətbuat xidmətinin məlumatına görə, yanğın hadisəsi Pervomaysk qəsəbəsində baş verib. İşdən qayıdan YPX əməkdaşı yolunun üstündəki evdə yanğın başladığını görüb və yanğınsöndürənləri hadisə yerinə çağırıb. Yanğınsöndürənlər gələnədək Baxış Kərimov tüstü dolu evə girərək dörd uşağı və valideynlərini xilas edib.

Rusiya DİN-i Baxış Kərimovu mükafata təqdim edib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 noyabr

Astroloji proqnoz - 21 noyabr

21 Noyabr 2017 00:13
Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08