“İtirənlər klubu” filminin ikinci hissəsinin çəkilişlərinə start verildi - FOTO
Şou-Biznes
22 Oktyabr 2017 19:58

“İtirənlər klubu” filminin ikinci hissəsinin çəkilişlərinə start verildi - FOTO


“İtirənlər klubu” (Kaybedenler kulübü) filminin 2-ci hissəsinin çəkilişlərinə start verilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komediya-dram janrındakı filmin birinci hissəsi 2010-cu ildə ekranlaşdırılıb. Sözü gedən ekran işinin ikinci hissəsinin çəkilişləri altı il fasilədən sonra Antalyada başlanılıb.

Baş rollarda yenə Nejat İşler və Yiğit Özşener oynayacaq. “İtirilən kulubu yolda” filminin ssenarisini Mehmet Ada Öztekin yazıb. Həmçinin rejissorluğunu da o, öz üzərinə götürüb.

Məlumat üçün bildirək ki, film 1996-2001-ci illərdə Kent FM-də yayımlanan "İtirənlər klubu" adlı radio proqramı əsasında çəkilib.

Filmdə "İtirənlər klubu " adlanan radio proqram və həmin proqramın aparıcıları Kaan ilə Metenin həyatlarından bəhs olunur. Təqdim olunduğu ilk üç gün ərzində 65.789 nəfər tərəfindən izlənərək 666.091 TL gəlir gətirib. Bundan əlavə film təqdim olunmamışdan əvvəl və təqdimatdan sonra film haqda məlumat verilən “Kaybedenlerr Kulübü- filmin öyküsü” adlı bir kitab nəşr edilib.

İkinci hissədə isə baş rol qəhrəmanları Kaan və Mete Olimpos tətilindən qayıtdıqdan sonra yolda yaşadıqları macəralardan bəhs edəcək.

Aytən





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 noyabr

Astroloji proqnoz - 21 noyabr

21 Noyabr 2017 00:13
Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08