"Lan" qasırğası Yaponiya sahillərinə çatdı - Ölənlər var
Dünya
22 Oktyabr 2017 20:13

"Lan" qasırğası Yaponiya sahillərinə çatdı - Ölənlər var


Güclü "Lan" qasırğası Yaponiya sahillərinə çatıb, ölənlərin olduğu bildirilir.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, regional hakimiyyət orqanları məcburi təxliyyə elan ediblər.

Fukuoka şəhərindəki tikinti meşələrində ağacların qırılması nəticəsində bir nəfər həyatını itirib.

Öz növbəsində, "Kiodo" agentliyi təbii fəlakət nəticəsində daha bir nəfərin öldüyünü xəbər verib. Yaşlı kişi dənizdə qayığın çevrilməsi nəticəsində batıb.

"Japan Airlines" və "All Nippon Airways" aviaşirkətləri bazar günü ümumilikdə 350, bazar günü isə 170 reysi ləğv ediblər. 43 min sərnişin öz planlarını dəyişməli olub. Həmçinin qatarların hərəkətində də fasilələrin yarandığı bildirilir.

Bir sıra bölgələrin hakimiyyət orqanları 5,6 min ailə üçün məcburi təxliyyə elan edib, daha 376 min ailəyə öz evlərini tərk etmələri tövsiyyə olunub.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 noyabr

Astroloji proqnoz - 17 noyabr

17 Noyabr 2017 00:13