Astaraya su xətti çəkilir - FOTO
Ölkə
22 Oktyabr 2017 20:24

Astaraya su xətti çəkilir - FOTO


Astara rayonunun su təchizatı sistemlərinin yenidən qurulması layihəsinə əsasən birinci və ikinci mərhələdə nəzərdə tutulan işlərin 95 faizi yekunlaşıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə uyğun olaraq 2015-ci ildən Astara rayonunun su təchizatı sistemlərinin yenidən qurulması işlərinə başlanılıb.

Layihəyə əsasən rayon əhalisinin içməli su ilə təmin olunması üçün Xanbulançay su dəryaçasından magistral kəmərin çəkilməsi, tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.

Astaraya içməli su xəttinin çəkilməsi işləri 13 briqada tərəfindən həyata keçirilir. Ötən dövrdə 22 min 420 metr məsafədə su boruları quraşdırılıb. Layihə üzrə 39 vantuz, 40 təxliyə və 8 siyirtmə quyusunun tikintisi nəzərdə tutulub. İndiyədək 12 vantuz, 10 təxliyə və 4 siyirtmə quyusunun tikintisi başa çatdırılıb.

Milli.Az




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 noyabr

Astroloji proqnoz - 21 noyabr

21 Noyabr 2017 00:13
Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08