"iOS 11" sisteminin bazar payı azalmağa başlayıb
Maraqlı
22 Oktyabr 2017 20:44

"iOS 11" sisteminin bazar payı azalmağa başlayıb


Real vaxt rejimində "iOS" sistemi ilə işləyən elektronikanın statistikasını izləyən "Mixpanel" servisinin məlumatına əsasən, "iOS 11" mobil əməliyyat sisteminin təqdim edilməsindən sonra ilk dəfə onun bazar payı azalmağa başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məlumata görə, "iOS 11" sistemi ictimaiyyətə cari il sentyabrın 19-da təqdim edilib. 24 saatdan sonra bu versiyanı "iPhone", "iPad" və "iPod touch" istifadəçilərinin 10,1 faizi yükləyib. Bir, iki və üç həftə sonra yeni sistemin bazar payı müvafiq olaraq 25, 35 və 47 faiz təşkil edib.

"iOS 11" sisteminin oktyabrın 19-na olan göstəricisi 55 faizi ötsə də, növbəti gün 52 faizədək azalıb. Bu dinamikaya səbəb "iOS 10" sistemi deyil, əməliyyat sisteminin daha köhnə versiyaları (bazar payı 6-dan 11 faizədək artıb) sayəsində baş verib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 noyabr

Astroloji proqnoz - 17 noyabr

17 Noyabr 2017 00:13