Filippində 5.4 bal gücündə zəlzələ olub
Dünya
22 Oktyabr 2017 20:47

Filippində 5.4 bal gücündə zəlzələ olub


Bakı. Trend:

Filippinin Luson adasında 5.4 bal gücündə zəlzələ olub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ABŞ Geoloji xidməti xəbər verir.

Yeraltı təkanlar yerli vaxtla saat 22.21-də qeydə alınıb. Zəlzələnin episentri ölkənin paytaxt Maniladan 50 kilometr cənub-qərbdə yerləşib.

Zəlzələnin ocağı 203 kilometr dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar haqqında məlumat daxil olmayıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Qaxda mağaza yandı

Qaxda mağaza yandı

19 Noyabr 2017 03:47