Xoşbəxt olmaq istəyirsinizsə, bu qidalardan yeyin
Sağlamlıq
22 Oktyabr 2017 21:34

Xoşbəxt olmaq istəyirsinizsə, bu qidalardan yeyin


Elə qidalar var ki, insanın ovqatına yaxşı təsir edir, əhval-ruhiyyəsini yüksəldir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, tərkibində magnezium, çinko və omeqa 3 olan qidalar xosbəxtlik hormonu üçün vacibdir. 

Həmin qidaların siyahısını təqdim edirik:

Banan - B6 vitamini ilə zəngin olan bu meyvə orqanizmdə serotonin və dopaminin sintezini artıra bilir. 

Portağal suyu - psixoloji durumunuza müsbət təsir edən ən yaxşı içki C vitamini ilə zəngin portağal suyudur. Çünki bu vitamin beyin sinirlərinin balanslaşdırılmasına kömək olduğu kimi depressiya əlamətlərinin azalmasına da dəstək olur.

Qoz - əgər bir az çərəz yemək sizi xoşbəxt edəcəksə, qozu seçin. Çünki omeqa 3-lə zəngin olan qoz ovqatınızı düzəldəcək mühüm yağ turşularını özündə ehtiva edir.

Tərə və ispanaq - tərkibində bol miqdarda maqnezium olan bu göyərtiləri yeyərək orqanizmin stresslə mübarizəsinə yardımçı olacaqsınız. Çünki maqnezium sinir xəstəliklərinin ilk əlamətləri olan narahatlıq və əsəbiliyi aradan qaldırmağa kömək olur.

Balıq - omeqa 3 serotonin hormonunu artıraraq insanın özünün daha yaxşı hiss etməsini təmin edir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 noyabr

Astroloji proqnoz - 21 noyabr

21 Noyabr 2017 00:13
Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08