Qeyri-stabil çıxış edən "Trabzonspor"dan 6 istefa xəbəri
İdman
22 Oktyabr 2017 21:54

Qeyri-stabil çıxış edən "Trabzonspor"dan 6 istefa xəbəri


"Trabzonspor" Türkiyə Superliqasının 9-cu turunda "Malatyaspor"a minimal hesabla uduzub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun 6 rəsmisi bu məğlubiyyətdən sonra istefaya gedib. Onların başında klub prezidentinin müavinləri Mehmet Yiğit Alp və Önder Bülbüloğlu gəlir. İstefa verən şəxslər klubda idarəçilik işinin lazımi prispilər əsasında qurulmadığını və bu sahədə ciddi problemlər ortaya çıxdığını qeyd ediblər. Onlar İdarə heyətinin toplantısında məsələni dəfələrlə gündəmə gətirmələrinə baxmayaraq, zəruri ölçü götürülmədiyini bildirir.

"Təəssüf ki, gəlinən nöqtədə şəffaflıq, ortaq mədəniyyət iddamız cari idarəetmə tərzi ilə uyğunlaşmır. "Trabzonspor" İdarə Heyəti formal əhəmiyyət kəsb edir və oyun meydanına çevrilib. Klubun pis idarə olunması süni yaradılan çətinliklərə qarşı mübarizə aparmasına da mane olur" - açıqlamanın bir hissəsində deyilir.

Öz növbəsində klubun rəhbəri Muharrem Usta növbədənkənar prezident seçkiləri çağrılmayacağını və müddətin sonuna kimi postunda qalacağını bildirib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 noyabr

Astroloji proqnoz - 21 noyabr

21 Noyabr 2017 00:13
Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08