"0 şeytan rəqəmidir, 8 isə maddi uğur gətirir" - Rəqəmlərin taleyinizlə bağlılığı
Maraqlı
22 Oktyabr 2017 21:54

"0 şeytan rəqəmidir, 8 isə maddi uğur gətirir" - Rəqəmlərin taleyinizlə bağlılığı


Numerologiya rəqəmlərin təkcə riyazi deyil, eyni zamanda magik xassələrə malik olduğunu sübut etməyə çalışan elm sahəsidir. Hazırda numerologiyaya mistik sahə kimi baxılır.

Qədim əlifbalarda (yəhudi əlifbası) hərflərin ədədi mənası olub. İbtidai qəbilələr bu dili başa düşərək, ədədlərin dilində bir-biri ilə əlaqə saxlayıblar.

Banisi qədim yunan filosofu Pifaqor olan bu elmin açarı "Pifaqor kvadratı" sayılır. Bu kvadrat hər hansı bir şəxsin doğum tarixinin üzərində hesablamalar aparmaqla, onun xarakteri, sağlamlıq və taleyi, gündəlik proqnozları barədə məlumat əldə etmək üçün qurulub.

Pifaqor, onun şagirdləri və davamçıları rəqəmlərin sayını azaldaraq, 1-9 arasında saxlayıb. Bu isə həmin rəqəmlərin başlanğıc hesab edilməsi ilə bağlı olub. Digər rəqəmləri isə onlardan düzəltmək mümkündür.

Numerologiyaya görə, 1 - məqsəd, 6 isə inam rəmzidir. 1 rəqəmi əlifbanın ilk hərfi olan A ilə başlanan hər şeydə aqressivlik və ambisiya formasında təzahür edir.

2 - gündüz və gecə kimi əks anlayışların rəqəmidir. Müsbət və mənfi keyfiyyətləri birləşdirərək, tarazlıq yaradır.

3 - dəyişkənlik, 4 - sabitlik və möhkəmlik deməkdir. 5 - son nəticəni səyahət və sınaqlar vasitəsilə əldə edən risk və təhlükəni bildirir. 6 - inam rəmzi, 7 isə sirli, məchul və görünməz şeyləri öyrənmək və bilmək yoludur. 8 - maddi uğur rəmzi, 9 isə elementar rəqəmlərin ən böyüyü, uğur rəmzi sayılır.

Milli.Az bildirir ki, numeroloq Xəyal Məmmədov metbuat.az-a məsələ ilə bağlı açıqlamasında numerologiyanın dərinliklərindən danışıb.

"Numerologiya fal yox, bir elmdir. Elmə əsasən, insanın doğum tarixini göstərən A nöqtəsindən onun həyatdan köçməyini göstərən B nöqtəsinə qədər olan yolda bütün xarakteristikasını hesablamaq mümkündür. Burada insanın özünü qiymətləndirməsi, ailəyə olan münasibəti və insanın sağlamlığına cavab verən bir neçə rəqəm kombinasiyası var. Pula cavab verən rəqəm isə insanın bədxərc və ya yığımcıl olmasını bildirir. Rəqəmlərə əsasən, hətta insanın yaşayış yerini dəyişəcəyini, hissetmə qabiliyyətini də təyin etmək mümkündür. Rəqəmlərdən yalnız biri mənfi enerjili, şeytan rəqəmi olan 0-dır. 0 uğursuzluq rəqəmi sayılır və nəticəyə təsir etmə gücünə malik deyil".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 noyabr

Astroloji proqnoz - 17 noyabr

17 Noyabr 2017 00:13