Xorvatiyada keçirilən dünya birinciliyində ikinci yeri tutan Azərbaycan cüdoçuları Vətənə dönüblər
Ölkə
22 Oktyabr 2017 22:01

Xorvatiyada keçirilən dünya birinciliyində ikinci yeri tutan Azərbaycan cüdoçuları Vətənə dönüblər


Bakı. 22 oktyabr. REPORT.AZ/ Xorvatiyanın paytaxtı Zaqrebdə gənc cüdoçular arasında keçirilən dünya birinciliyində ikinci yeri tutan Azərbaycan millisinin üzvləri axşam saatlarında Vətənə qayıdıblar.
“Report” xəbər verir ki, cüdoçuları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, yaxınları qarşılayıblar.
Qeyd edək ki, 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub. Yarışlarda Hidayət Heydərov (73 kq), Zelim Kotsoyev (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq), Kəramət Hüseynov (60 kq) gümüş və Nəzakət Əzizova (52 kq) bürünc medal əldə ediblər.
Beləliklə, Azərbaycan millisi yarışın ümumi komanda hesabında yalnız Yaponiyadan geri qalaraq 2-ci olub.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 noyabr

Astroloji proqnoz - 21 noyabr

21 Noyabr 2017 00:13
Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08