Nazik saçlı xanımlar üçün 7 MƏSLƏHƏT
Maraqlı
22 Oktyabr 2017 22:24

Nazik saçlı xanımlar üçün 7 MƏSLƏHƏT


Saçlarınız nazik və həcmsizdir? Yuduqdan bir gün sonra saçlarınız yıpranır və dibləri yağlanırmı? Milli.Az ailem.az-a istinadən faydalı olacaq 7 məsləhəti diqqətinizə çatdırır.

Çox isti su ilə yumayın
 
Saçlarınızı yuyarkən çox isti sudan istifadə etməyin. İsti su saç dibləri və gövdəsi üzərində yer alan təbii yağ turşularını əridir. Eyni zamanda saç tükünün xarici qatlarındakı pul toxumaya zərər verir. Saçı darayarkən diblərindəki təbii yağ bütün saç tellərinə yayılır, qoruma və parlaqlıqla təmin edir. Saçınızın təbii quruluşunu pozmayın,  mütləq ilıq su ilə yuyun. Saçlarınızı yuduqdan sonra uclarını əlinizlə sıxaraq, dəsmalla bükün.
 
Saçınızı düzgün qurudun
 
Nazik və həcmsiz saçlar olduqca həssasdır. Buna görə qurutma əsnasında çox diqqət etmək lazımdır. Əvvəlcə saç qurutma alətini yüksək temperaturda deyil, orta istilikdə istifadə etməlisiniz. Geniş dişli bir fırça, ya da daraqla saçlarınızı darayıb önə doğru atın. Başınız önə əyili olduqda kökündən ucuna doğru və qurutma alətini ən az 30 sm uzaqda tutaraq saçlarınızı az nəmli qalacaq şəkildə quruda bilərsiniz.
 
Şampununuzu dəyişin
 
Nazik saçlarınızı daha dolğun göstərmək və saçınızın gün boyu həcmini qoruması üçün saç tipinizə uyğun vasitə seçməlisiniz.
 
Saça qulluq kremindən daim istifadə edin
 
Saçlarınızı şampunla yuduqdan sonra saça ehtiyacı olan qulluqla təmin edən, ağırlaşmasının qarşısını alan kremdən istifadə etməlisiniz.
 
Saç kəsiminizi dəyişdirin
 
Nazik tüklü saçlarınıza uyğun qulluq etməklə birlikdə saç modelinizin kəsimi də əhəmiyyətlidir. Qatlı, çiyinlərdə bitən saç modelləri ilə daha həcmli saçlara sahib ola bilərsiniz. Qısa və küt kəsimlər də nazik saçların daha həcmli görünməsini təmin edir. Saçınızın tağını dəyişdirmək də təsirli bir vasitə ola bilər.
 
Mütəmadi saça qulluq edin
 
Nazik və həcmsiz saçlar üçün doğru saça qulluq vasitəsi ilə mütəmadi edəcəyiniz qulluq, sağlam və dolğun bir görünüş qazandıracaq. Saça qulluq maskası ilə saçlarınızı ağırlaşdırmadan nəmləndirmənin kefini yaşaya bilərsiniz.
 
Həcm verən sprey istifadə edin
 
Tez yaprıxan cansız saçlarınızı diblərindən qaldıran bir sprey sizə istədiyiniz dolğunluğu verərəkən, saçlarınızın nəmini də qoruya bilər.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08