Polad Bülbüloğlu "Rus İfaçılıq Sənəti" Fondunun medalı ilə mükafatlandırılıb
Ölkə
22 Oktyabr 2017 23:14

Polad Bülbüloğlu "Rus İfaçılıq Sənəti" Fondunun medalı ilə mükafatlandırılıb


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Rus İfaçılıq Sənəti" Fondunun medalına layiq görülüb.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, medalı səfirə Rusiyanın əməkdar artisti, "Rus İfaçılıq Sənəti" İctimai Xeyriyyə Fondunun prezidenti Valeri Vorona təqdim edib. Fond prezidentinin sözlərinə görə, Azərbaaycan səfiri musiqi mədəniyyəti üçün çox iş görüb.

Bülbüloğlu təşkilat rəhbərinə ona ünvanlanmış xoş sözlərə görə minnətdarlığını bildirib.

Medal təşkilatın yaranmasının 25 illiyinə həsr olunub.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 noyabr

Astroloji proqnoz - 17 noyabr

17 Noyabr 2017 00:13