"Hər şeyin işə düşməsi üçün vaxt lazımdır"
İdman
22 Oktyabr 2017 23:54

"Hər şeyin işə düşməsi üçün vaxt lazımdır"


2016-cı ilin yayında "Chelsea" ilə yolları ayrılan Branislav İvanoviç karyerasını "Zenit"də davam etdirir. Milli.Az goal.az-a istinadən xəbər verir ki, serb müdafiəçi Peterburq klubunun perspektivləri haqqında fikirlərini bölüşüb.

"Bir sıra futbolçular heyətə ötən yay cəlb olunduğundan komanda hələ ki yenidir. Hər şeyin işə düşməsi üçün vaxt lazımdır. Oyunlar bir-birini əvəz edir deyə vaxt çox azdır. Fikrimcə, baş məşqçi üçün əsas məsələ futbolçuların potensialını açmaq üçün onları vahid hədəfə doğru dartmaqdır. Buna görə məşqçi hər kəsə özünü göstərmək imkanı yaradır. Sxem dəyişikliyi də oyunçuların xeyrinə işləyir, onları öyrədir.

Hər 3 gündən bir oyunlar, üstəlik milli komandanın düşərgəsinə getmək insanı yorur. Bu mövsüm "Spartak"la oyun (5:1) gözləniləndən daha rahat keçmişdi. Qapıya vurulan hər zərbə qol olurdu, yoxladığımız hər şey alınırdı. Ümumilikdə bu mövsüm böyük klublara qarşı çıxışımız xoşuma gəlir".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 noyabr

Astroloji proqnoz - 21 noyabr

21 Noyabr 2017 00:13
Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08