Ağdaşda örüşdən qayıdan mal-qaraya canavarlar hücum edib
Ölkə
23 Oktyabr 2017 0:06

Ağdaşda örüşdən qayıdan mal-qaraya canavarlar hücum edib


Ağdaş. 23 oktyabr. REPORT.AZ/ Ağdaşın Ağzıbir kəndində mal-qaraya canavar hücumu olub.
“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə iribuynuzlu heyvanlar örüşdən qayıdan zaman baş verib.
Yırtıcılar çoban və yerli sakinlərin səs-küyündən sonra sürüdən uzaqlaşsalar da, xeyli sayda heyvan tələf olub və ya xəsarət alıb.
Hadisədən daha çox Niftalıyevlər ailəsi zərər çəkib. Canavarlar Hünər və Mais Niftalıyev qardaşlarının 3 baş inəyini parçalayıb, bir neçəsini isə ağır yaralayıblar.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 noyabr

Astroloji proqnoz - 17 noyabr

17 Noyabr 2017 00:13