Gürcüstanda bələdiyyə seçkilərinin nəticələri açıqlanıb
Dünya
23 Oktyabr 2017 0:37

Gürcüstanda bələdiyyə seçkilərinin nəticələri açıqlanıb


Bakı. Trend:

Gürcüstanın Mərkəzi Seçki Komissiyası 21 oktyabr tarixində yerli özünü idarəetmə orqanlarına keçirilən seçkilərin yekun nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, "Gürcüstan arzusu" hakim partiyası seçici səslərinin 55,73%-ni qazanıb.

İkinci yerdə keçmiş hakim partiya olan "Vahid milli hərəkat" qərarlaşıb.

MSK-nın məlumatına görə, 59 bələdiyyədən 54-də və beş özünü idarəetmə orqanından dördündə (eləcə də Tbilisidə) keçirilən mer seçkilərində "Gürcüstan arzusu" qalib gəlib. Sözügedən partiyadan namizəd olan Kaxa Kaladze seçicilərin 51,06% səsini toplayaraq Tbilisi meri seçkilərində qalib gəlib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Qaxda mağaza yandı

Qaxda mağaza yandı

19 Noyabr 2017 03:47