Qriqorçuk: "Çempionluq mübarizəsinin necə başa çatacağı barədə düşünmürəm"
İdman
23 Oktyabr 2017 0:51

Qriqorçuk: "Çempionluq mübarizəsinin necə başa çatacağı barədə düşünmürəm"


Bakı. 23 oktyabr. REPORT.AZ/ “Oyun barədə fikirlərim müsbət, yaxşı, sevinclidir. Çünki bu gün qalib gəldik. Futbolçular da meydanda çox yaxşı təsir bağışladılar. Oyunun nəticəsindən çox razıyıq".
"Report" xəbər verir ki, bunu Topaz Premyer Liqasının IX turunun “Qəbələ” – “Qarabağ” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında deyib.
Məşqçi son illərdə eyni taktika ilə çıxış etdiklərini bildirib:
"Biz ötən mövsümdə də, son illərdə də eyni taktika ilə çıxış etmişik. Biz mövqe hücumunda çox yaxşı oynayırdıq, qol imkanları yaradırdıq, amma istifadə edə bilmirdik. Hər dəfə komanda oyunundan razı qaldığımı deyirdim. İstəyirdim ki, rəqibi təzyiq altında saxlayaq, üstünlüyə sahib olaq və qalib gələk. Bunun üçün isə qol vurmaq da lazımdır. Amma imkanlardan yararlanmaq olmayanda yaxşı oyun o qədər də hiss olunmur. Deməzdim ki, ikinci yarıda pressinq üçün gücümüz çatmadı. Bu çempionatda çətin xallar qazanmışıq, bəzən də itirmişik. Ona görə də bunu psixologiya ilə bağlayardım. Buna hazır olmaq lazımdır. Çünki hesab bizim xeyrimizə olanda üstünlüyü artırmaq, psixoloji üstünlükdən istifadə etməliyik. Bu məqamın üzərində işləməliyik desəm düz olmaz. Amma bilirik ki, qələbələr qazanmaqla bu məsələ də qaydasına düşəcək".
Qriqorçuk ötən turun “Sumqayıt”la görüşündə fərqli üslubda qələbə qazandıqlarını vurğulayıb:
"Mən istəyirəm ki, bugünkü kimi, ilk yarıdakı kimi qalib gələk. Futbolçuların motivasiyası, qüvvəsini meydanda qoymaq istəyi böyükdür. Oyunçuların nəhəng istəyi, çalışqanlığı var. Bu gün ötən matçla müqayisədə həm də daha yaxşı oyun var idi. Zədəli futbolçularımız – İlqar Qurbanovla Filip Ozobiçin heyətə dönməsi ilə bağlı proqnoz vermək çətindir. Hər ikisində sınıq var idi ki, bu da ciddi problemdir. Amma onların məşqlərə başladığını nəzərə alıb, peşəkarlıq səviyyəsini bildiyimə görə deyərdim ki, onlar qısa müddətdə komandaya qoşulacaq. Düzünü deyim ki, çempionluq mübarizəsinin necə başa çatacağı barədə düşünmürəm. İndidən mövsümün sonu haqda fikirləşmək faydasızdır. Biz oyunumuzu, futbolçuların ustalıq səviyyəsini təkmilləşdirmək haqda düşünür və bunun üzərində çalışırıq”.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Qaxda mağaza yandı

Qaxda mağaza yandı

19 Noyabr 2017 03:47