Neymar və PSJ-nin baş məşqçisi arasında mübahisə yaşanıb
İdman
23 Oktyabr 2017 0:54

Neymar və PSJ-nin baş məşqçisi arasında mübahisə yaşanıb


Neymar PSJ-nin baş məşqçisi Unay emeri ilə mübahisə edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, konflikt komandanın oktyabrın 20-də baş tutan məşqinə təsadüf edib. Braziliyalı hücumçu Çempionlar Liqasında "Anderlext"ə qarşı matçda (3:0) forma geyinmiş futbolçular üçün məşqin erkən başa çatmasına etiraz edib. "Sambaçı" məşqi davam etdirmək istəsə də, Emeri buna razı olmayıb. Neymar ona tabe olsa da, narazılığını topa əsəbi şəkildə zərbə vurmaqla nümayiş etdirib. "L`Equipe" nəşrinin məlumatına görə mübahisəni 5 qat NBA çempionu Kobe Brayant görüb. O, Paris klubunun məşqini izləməyə gəlibmiş.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Qaxda mağaza yandı

Qaxda mağaza yandı

19 Noyabr 2017 03:47