"Maşın" şounun finalçıları məlum oldu… - FOTO
Şou-Biznes
23 Oktyabr 2017 1:14

"Maşın" şounun finalçıları məlum oldu… - FOTO


ATV-də yayımlanan "Maşın" şounu növbəti iştirakçı tərk etdi.

Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, bununla iştirakçıların taleyinin səsvermə yolu ilə həll olunması artıq geridə qaldı.

Belə ki, qutudan hamının "Bozbash Pictures"dən Qılman kimi tanıdığı İlkin Misgərlinin şəkli daha çox çıxdı. O, səs toplayacağı təqdirdə müğənni Talıb Talehi oyundan kənarlaşdıracağını bildirdi. T.Taleh isə bu seçimin gözlənilməz olduğunu və aktyorun ondan qorxduğu üçün belə qərar verdiyini söylədi. İlkin də həmçinin dedi ki, müğənini özü üçün güclü rəqib bildiyindən onu oyundan kənarlaşdırmağı hədəf seçdi.

Bu qarşıdurma ilə iki qadın iştirakçının rahatlıqla finala qalması təmin olundu. Onlar da İlkin Misgərlini dəstəklədiklərini bildirdilər.

Şounun sonunda səsvermə nəticələri açıqlandı və həyacanlı anlara son qoyuldu. Bu nəticələrdən sonra "Bozbash Pictures"in sevimlisi yarışı tərk etməli oldu. Baxmayaraq ki, İlkin Misgərli yarışmada qalacağına inanırdı. Belə ki, "Getsin"nə gələn səslərin "Qalsın"ı üstələməsi, Talıb Talehi oyunda saxladı.

Beləliklə, Aysel Əlizadə, Xatun Əliyeva və Talıb Taleh finalda mübarizələrini davam etdirəcəklər.

Milli.Az







loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 noyabr

Astroloji proqnoz - 17 noyabr

17 Noyabr 2017 00:13