İsveçrədə yeniyetmə balta ilə insanlara xəsarət yetirib
Dünya
23 Oktyabr 2017 3:26

İsveçrədə yeniyetmə balta ilə insanlara xəsarət yetirib


Bakı. 23 oktyabr. REPORT.AZ/ Bazar günü İsveçrənin Flums kommunasında (Sankt-Qallen kantonu) 17 yaşlı yeniyetmə balta ilə insanlara hücum edərək bir neçə nəfərə xəsarət yetirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Tages Anzeiger" qəzeti yazıb.
Bildirilir ki, oğlan gecə yarısı yerli poçt şöbəsi yaxınlığında insanlara hücum edib, daha sonra ərazidəki avtomobillərdən birini qaçırdaraq hadisə yerindən uzaqlaşıb. O, ardınca yanacaqdoldurma məntəqəsi yaxınlığında daha bir neçə nəfərə xəsarət yetirib və orada polis tərəfindən saxlanılıb.
Hadisənin motivləri məlum deyil. Hüquq-mühafizə orqanları insidentin terrorla əlaqəli olma ehtimalını istisna edirlər.
Hadisə zamanı xəsarət alanların dəqiq sayı, həmçinin onların vəziyyəti barədə məlumat yoxdur.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Qaxda mağaza yandı

Qaxda mağaza yandı

19 Noyabr 2017 03:47