Rusiya və Türkiyə sürücülər üçün vizasız rejim tətbiq edə bilər
Dünya
23 Oktyabr 2017 4:56

Rusiya və Türkiyə sürücülər üçün vizasız rejim tətbiq edə bilər


Bakı. 23 oktyabr. REPORT.AZ/ Rusiya Türkiyənin sürücülər üçün ölkələr arasında vizasız rejimin tətbiq edilməsi təklifini müsbət qiymətləndirir.
“Report” xəbər verir ki, bunu Rusiyanın energetika naziri, Rusiya-Türkiyə hökumətlərarası komissiyasının həmsədri Aleksandr Novak deyib.
"Biz Türkiyə vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsini müsbət qiymətləndiririk. Xidməti pasport sahibləri və ağır yük daşıyan nəqliyyat vasitələri sürücülərinin vizadan azad edilməsi üzrə təklif artıq Rusiya Daxili İşlər Nazirliyinə təqdim olunub. Prosesin tezliklə tamamlanacağı məsələsində nikbinik", — deyə "Anadolu" nazirin sözlərini sitat gətirib.
O, həmçinin qeyd edib ki, iki ölkə arasında mal dövriyyəsi il ərzində 30% artıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 noyabr

Astroloji proqnoz - 17 noyabr

17 Noyabr 2017 00:13