"Yuventus" azlıqda "Udineze"nin qapısından 6 qol keçirib
İdman
23 Oktyabr 2017 6:06

"Yuventus" azlıqda "Udineze"nin qapısından 6 qol keçirib


Bakı. 23 oktyabr. REPORT.AZ/ Futbol üzrə İtaliya çempionatının 9-cu turunda "Yuventus" "Udineze"ni 6:2 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, komandanın yarımmüdafiəçisi Sami Hedira het-trik edib.

Turin klubu oyunun böyük hissəsini azlıqda keçirib. 26-cı dəqiqədə ikinci sarı vərəqəsini alan forvard Mario Mancukiç meydandan qovulub.

"Yuventus" bu qələbə sayəsində xallarının sayını 22-yə çatdırıb və turnir cədvəlinin üçüncü yerində möhkəmlənib. "Udineze" 6 xalla 16-cıdır.



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 noyabr

Astroloji proqnoz - 17 noyabr

17 Noyabr 2017 00:13