Şəhriyar Məmmədyarov Veyk-an-Zee şahmat turnirində iştirak edəcək
İdman
23 Oktyabr 2017 6:26

Şəhriyar Məmmədyarov Veyk-an-Zee şahmat turnirində iştirak edəcək


Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun adı Niderlandın Veyk-an-Zee şəhərində keçiriləcək şahmat turniri iştirakçılarının ilkin siyahısına daxil edilib.
“Report” xəbər verir ki, turnir 12-28 yanvar tarixlərində təşkil olunacaq.
İştirakçılar arasında həmçinin Rusiya şahmatçıları Sergey Karyakin və Vladimir Kramnik, amerikalı qrossmeysterlər Fabiano Karuana və Uesli So (2017-ci il turnirinin qalibi), Vişvanatan Anand, Başkaran Adhiban (hər ikisi Hindistan), Aniş Qiri (Niderland), Vey İ və Hou İfan (hər ikisi Çin) və Haveyn Consun (İngiltərə) da adı var.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 noyabr

Astroloji proqnoz - 17 noyabr

17 Noyabr 2017 00:13