"Quş yuvası" peçenyesinin ASAN RESEPTİ
Qadın dünyası
23 Oktyabr 2017 7:04

"Quş yuvası" peçenyesinin ASAN RESEPTİ


Hər birimiz şirniyyat yeməyi sevirik. Xüsusilə də evdə hazırlanan şirniyyatları daha çox bəyənir, fürsət düşdükcə və vaxtımız olduqca özümüz ləzzətli şirniyyat hazırlamaq istəyirik.

Milli.Az-ın ailem.az-a istinadən təqdim etdiyi bu reseptlə də süfrələrinizi dadlı və gözəl görünüşlü şirniyyatla bəzəyə bilərsiniz.

"Quş yuvası" peçenyesi üçün lazım olan ərzaqlar:
 
125 qram kərə yağı
1 yumurta
1 stəkan şəkər tozu
1 stəkan nişasta
1 paket vanil
25 qram kakao (2 yemək qaşığı qədər)
2,5 -3 stəkan un
Bəzəmək üçün şokoladla örtülmüş badam konfeti, ya da çınqıla bənzər şokolad
 
Hazırlanması:
 
Undan başqa bütün ləvazimatları qarışdırın. Unu yavaş-yavaş əlavə edərək ələ yapışmayacaq şəkildə bir xəmir yoğurun. Sarımsaq əzənin içərisinə yetəri qədər xəmir qoyub, yağlı kağız sərilmiş məcməyiyə sıxın. Qəlib balaca olduğu üçün bir peçenye üçün iki dəfə sıxmaq lazımdır. Hamısını hazırladıqdan sonra bir butulka qapağı ilə ortasından basın. Əvvəlcədən isinmiş 180 dərəcə ocaqda 15-20 dəqiqə bişirin. Soyuduqdan sonra istədiyiniz kimi bəzəyin.
 
Nuş olsun!

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 noyabr

Astroloji proqnoz - 17 noyabr

17 Noyabr 2017 00:13