""Milan"ın oyunlarını izləmirəm və yenidən orda oynamayacam"
İdman
23 Oktyabr 2017 7:24

""Milan"ın oyunlarını izləmirəm və yenidən orda oynamayacam"


Karyerasını "Nice" klubunda davam etdirən Mario Balotelli bu mövsüm A Seriyasında çempionluq mübarizəsi aparan klublar haqqında fikir bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu bunları deyib:

"İnter"ə qayıtmaq fikri ağlımdan keçməyib. "Milan"ın oyunlarını izləmirəm və yenidən orda oynamayacam. Faktiki olaraq "Yuventus"a transfer edilməli idim. Bu, "rossoneri"yə keçməzdən əvvəl olmuşdu. Öncə Turin klubunun nümayəndələri ilə danışdım. Daha sonra "Milan"ı seçdim. Çünki onların azarkeşi idim və Adriano Qalliani ilə yaxşı münasibətim vardı. "Roma" yaxşı komandadır. "Napoli"də isə oynamaq istərəm. Onların bir-birini gözəl başa düşən hücum triosu var. Ümid edirəm, Neapol təmsilçisi skudettonu qazanar. Düzü, titulu "Yuventus" və "İnter"in qazanacağını gözləyirəm.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Qaxda mağaza yandı

Qaxda mağaza yandı

19 Noyabr 2017 03:47