Ömrü uzatmağın YOLLARI
Sağlamlıq
23 Oktyabr 2017 8:34

Ömrü uzatmağın YOLLARI


Təhsil və sağlam həyat tərzi ömrü uzadır. Siqaret və alkoqol onu bir neçə il azaldır.

Milli.Az bildirir ki, belə nəticəyə Edinburq universitetinin mütəxəssisləri gəliblər. Onlar 300 mindən çox insanın genetik məlumatlarını təhlil edib və onların valideynlərinin ömrünün uzunluğunu nəzərə alıblar. Tədqiqatçıların məqaləsi "Nature Communications" jurnalında dərc edilib. Bu haqda "MedicalXpress" saytı məlumat yayıb.

Bir halda ki, hər bir insanın geni ata və ana DNT-sinin bərabər paylarından ibarətdir, genlərin uzun ömurlülüyə təsirini hesablamaq mümkündür. Genlər irsidir, məsələn, alkoqolun istifadəsinə meylliliyə imkan yaradan genlər valideyndən övlada keçə bilər. Tədqiqatın gedişatında bioloqlar insanların həyat tərzi ilə bağlı kənar amilləri də nəzərə alıblar.

Məlum olub ki, yaşam boyunca hər gün bir qutu siqaret çəkilməsi orta hesabla onu 7 il azaldır. Artıq çəki və diabetlə bağlı başqa amillər də ömrü qısaldır. Digər tərəfdən, hər 12 aydan bir əlavə təhsil almaq həyatı təxminən 1 il uzadır. (publika.az)

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 noyabr

Astroloji proqnoz - 17 noyabr

17 Noyabr 2017 00:13