Vəsiqə, diplom itirənlərin NƏZƏRİNƏ! - 478 itmiş sənəd tapıldı
Ölkə
23 Oktyabr 2017 8:43

Vəsiqə, diplom itirənlərin NƏZƏRİNƏ! - 478 itmiş sənəd tapıldı


"Azərpoçt" MMC-nin "Poçtap" sistemində 478 itmiş sənəd qeydə alınıb.

Trend-ə MMC-dən verilən məlumata görə, bu sənədlərdən 155-i sahiblərinə qaytarılıb.

Tapılan sənədlərdən 311-i müvafiq strukturlara göndərilib, 12-i isə "Azərpoçt"un filiallarında qalır.

MMC-dən onu da bildiriblər ki, tapılan sənədlərin böyük əksəriyyəti şəxsiyyət vəsiqələri olur.

Qeyd edək ki, "Poçtap" servisi 2017-ci ilin fevralında Bakı Baş Polis İdarəsi, "Bakımetropoliten" QSC, "Təmiz Şəhər" ASC və "BakuBus" MMC ilə birgə işə salınıb. İtirilmiş sənədlər "Poçtap" sistemində 30 gün müddətində qalır, daha sonra bu sənədlər müvafiq strukturlarla göndərilir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 noyabr

Astroloji proqnoz - 17 noyabr

17 Noyabr 2017 00:13