Bakı-Qazax yolunda maşının təkərini dəyişmək istəyən sürücü bədbəxt hadisə ilə üzləşib
Ölkə
23 Oktyabr 2017 8:46

Bakı-Qazax yolunda maşının təkərini dəyişmək istəyən sürücü bədbəxt hadisə ilə üzləşib


Bakı. 23 oktyabr. REPORT.AZ/ Bakı şəhərində bədbəxt hadisə baş verib.
“Report” xəbər verir ki, 1984-cü il təvəllüdlü Məcidov Fikrət Elman oğlu Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisinə düşən hissəsində avtomobilinin təkəri boşaldığı üçün onu çıxardaraq yenisi ilə əvəz etmək istəyib.
Lakin nəticədə təkərin diski çıxaraq onun baş nahiyəsinə dəyib. Yaralı xəstəxanaya yerləşdirilib. Məlum olub ki, F.Məcidov ağır kəllə-beyin travması alıb. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Qaxda mağaza yandı

Qaxda mağaza yandı

19 Noyabr 2017 03:47