Kubanın "EcuRed" internet Ensiklopediyasında "Qarabağ" FK haqqında məqalə əlavə edilib
İdman
23 Oktyabr 2017 8:54

Kubanın "EcuRed" internet Ensiklopediyasında "Qarabağ" FK haqqında məqalə əlavə edilib


Kuba Elmi və Texnoloji Məlumat İnstitutu nəzdində fəaliyyət göstərən "EcuRed" internet Ensiklopediyasına (www.ecured.cu) Azərbaycanın "Qarabağ" futbol klubu haqqında məqalə əlavə edilib.

Azərbaycanın Kubadakı səfirliyindən Milli.Az-a verilən məlumata görə, məqalədə "Qarabağ" FK-nun yaranma tarixindən bəhs edilir, Azərbaycan futbolunda ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində oynayan "Qarabağ" klubunun rəsmi olaraq ölkəmizin işğal edilmiş Ağdam rayonuna məxsus olduğu bildirilir. Məqalədə qeyd olunur ki, Dağlıq Qarabağın, o cümlədən Ağdam şəhərinin 1993-cü ildə Ermənistan tərəfindən işğal edildiyindən sonra "Qarabağ" futbol komandası müvəqqəti olaraq paytaxt Bakı şəhərində məskunlaşıb.

Daha sonra Ensiklopediyada "Qarabağ" futbol klubunun rəmzləri, o cümlədən özündə Qarabağ atlarını əks etdirən klubun emblemi, həmçinin "Qarabağ" FK-nun oyun üslubu, tarixi nəticələri və komandanın baş məşqçisi Q.Qurbanov haqda məlumatlar verilir.

Qeyd etmək lazımdır ki, rəsmi statistikaya əsasən "EcuRed" internet Ensiklopediyası Kubanın dövlət və hökumət təşkilatları, o cümlədən ali təhsil ocaqları, yerli kütləvi informasiya vasitələri tərəfindən istinad edilməsi üçün ən çox istifadə olunan məlumat mənbəyi və Kubada ən çox ziyarət olunan internet portalıdır.

"EcuRed" Ensiklopediyasına əlavə edilmiş sözügedən məqalənin internet ünvanı: #www.ecured.cu/Equipo_de_f%C3%BAtbol_Karabaj_Agd%C3%A1m

Milli.Az


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 noyabr

Astroloji proqnoz - 17 noyabr

17 Noyabr 2017 00:13