ƏN ETİBARLI avtomobillər Yapon istehsalıdır - REYTİNQ
Digər
23 Oktyabr 2017 17:48

ƏN ETİBARLI avtomobillər Yapon istehsalıdır - REYTİNQ


“Consumer Reports”in ekspertləri müxtəlif marka avtomobillərin etibarlılığının ənənəvi tədqiqatını aparıblar.

Publika.az bildirir ki, tədqiqatın nəticələri üzrə 27 avtomobil şirkətinin yer aldığı reytinq təşkil edilib.

Çətin ki, nəticədə əks olunan fakt kimisə təəccübləndirəcək, reytinqin üst sətirlərini yapon avtomobilləri tutur. “Toyota” TOP-a başçılıq edir – bu markanın maşınlarında ən az nasazlıqlar qeydə alınıb. “Sportkupe GT86” ən etibarlı model seçilib.

Reytinqin ikinci pilləsində “Lexus” durur: bu markanın pərəstişkarları “Sedan ES”dən fövqəladə razıdırlar.

Etibarlılıq üzrə üçüncü yerdə “Kia” avtomobilləridir. Bu markanın ən dayanıqlı, fasiləsiz işləyən modeli “Niro” seçildi.

Həmçinin 10 fərqlənmiş marka sırasına 3 Yapon markası – “Subaru”, “Infiniti” və “Honda”, 2 Alman gözəlçəsi “Audi” və “BMW”, Amerika “Buick”i və Koreya “Hyundai”ı da daxil oldu.

Zaur H.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08