Akupunktura orqanlar arasında energetik tarazlıq yaratmağa xidmət edir
Sağlamlıq
23 Oktyabr 2017 23:14

Akupunktura orqanlar arasında energetik tarazlıq yaratmağa xidmət edir


Hələ 5 min il bundan əvvəl Çində akupunkturadan müalicə məqsədi ilə istifadə edildiyi və müəyyən orqanlarda tənzimləyici effekt yaratmaq üçün dəri altında bəzi nöqtələrə iynə yeridilməsi məlumdur.

Milli.Az bildirir ki, Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova akupunktura müalicə üsulu haqqında AZƏRTAC-a məlumat verərkən deyib: "Orqanizmdə xüsusi meridianlar və kollaterallar var. Onlar bədən səthini daxili orqanlarla əlaqələndirir. 12 daxili orqana uyğun olaraq 12 əsas meridian mövcuddur: ağciyər, yoğun bağırsaq, mədə, nazik bağırsaq, sidik kisəsi, öd kisəsi, dalaq, ürək, böyrək, perikard, qaraciyər və endokrin meridianları. Onlar bədənin daxilində kəsişir və səthində proyeksiya olunur. Bundan başqa 8 meridian da var ki, onların vasitəsilə enerji dövr edir. Həmin meridianlar daxili orqanlarla birbaşa birləşmir. Onlar xüsusi meridianlardır və ekstrameridian adlanır. 12 meridianda enerji axını artıq olanda enerjinin bir hissəsi ekstrameridiana keçib orada ehtiyat şəkildə saxlanılır. Həmin meridianlarda enerji azalanda enerji ekstrameridianlardan əsas meridiana qayıda bilər. 12 meridianı çaylarla müqayisə etmək olar, 8 ekstrameridian isə su anbarlarına bənzəyir. Beləliklə, 8 ekstrameridianın vəzifəsi 12 əsas meridianda dövr edən enerjinin miqdarını tənzimləməkdən ibarətdir. Enerjinin meridianlar üzrə yayılmasına hər hansı maneə mənfi nəticələrə səbəb olur. Çin təbabəti xəstəliklərin əmələ gəlməsini bununla izah edir. Xəstəlik meridian və kollateralar tıxananda yaranır. Həmin vəziyyətdə meridiana müxtəlif yollarla, məsələn, dərmanların qəbulu, iynəbatırma və masaj vasitəsilə təsir edilir".

Həkim akupunkturanın mahiyyətini belə izah edib: "Burada əsas məsələ nöqtələrə təsir etmək yox, həmin nöqtəyə təsirin məqsədini başa düşməkdir. Məsələ burasındadır ki, insan mikrokosmosdur, bəşəriyyətin bir hissəsidir və təbiət qanunlarına tabedir. Həmin qanunları bilməklə xəstəliklərin inkişaf mexanizmini izah etmək olar. Orqanlar arasındakı əlaqəni nəzərə alaraq akupunktura vasitəsi ilə xəstəlikləri savadlı şəkildə müalicə etmək mümkündür.

Mədə meridianı torpaq, ağciyər meridianı isə metaldır. Torpaq metalın anası hesab olunur və anada, yəni mədədə oğula, yəni ağciyərə veriləcək enerji tükənir. Uşaq yaşlarında ağciyər xəstəliklərindən əziyyət çəkən gələcəkdə böyrək patologiyalarına tutula bilər. Ağciyər xəstəlikləri zamanı yoğun bağırsağı nizama salmaq lazım gəlir, çünki nəzəriyyəyə əsasən yoğun bağırsaq və ağciyərlər bacı-qardaş hesab edilir. Başqa sözlə desək, akupunktura metodu ilə hansısa orqanı ayrılıqda müalicə etmək olmaz, yəni orqanların qarşılıqlı əlaqəsi öyrənilərək müalicə aparılır".

Həkim-pediatr fikrini aydın ifadə etmək üçün daha bir misal çəkib: "Öd kisəsi xəstəlikləri zamanı stenokardiya tutmalarını necə izah etmək olar? Məsələ burasındadır ki, saat sistemində gecə-gündüz anlayışı var və həmin sistemdə iki orqan bir-birinə qarşı durur: ağciyər sidik kisəsinə, yoğun bağırsaq böyrəyə, mədə qan dövranı sisteminə, ürək öd kisəsinə, nazik bağırsaq isə qaraciyərə uyğun gəlir. Belə məlum olur ki, ürək və qaraciyər saat sistemində bir-birinə qarşı durur. Ürəyin maksimal fəallığı səhər saat 11-13 arasında olur, öd kisəsinin maksimal fəallığı isə saat 23-dən gecə saat 1-ə qədərdir. Bununla da öd kisəsi xəstəlikləri zamanı stenokardiya tutmalarının yaranması izah olunur. Deməli, bir orqan xəstələnəndə akupunktura qanunlarına görə digər orqanlar tərəfindən reaksiya ilə müşayiət olunur.

Akupunktura ilə müalicənin məqsədi bütün orqanlar arasında energetik tarazlıq yaratmaqdır, çünki energetik rabitə pozulanda xəstəlik baş verir".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08