Dünyanın ən məşhur şahmatçılarına "Vüqar Həşimov adına mükafat" təqdim olunacaq
Ölkə
24 Oktyabr 2017 14:34

Dünyanın ən məşhur şahmatçılarına "Vüqar Həşimov adına mükafat" təqdim olunacaq


Şahmat üzrə dünyanın ən nüfuzlu "Tata-Steel Masters" Turnirinin 80-ci Yubiley qarşılaşması zamanı qaliblər məşhur Azərbaycan şahmatçısı Vüqar Həşimovun adına təsis edilmiş "Fair Play" mükafatı ilə təltif olunacaqlar.

Milli.Az xəbər verir ki, Vüqar Həşimov Şahmat Akademiyasının yaydığı məlumata görə, turnir 12-28 yanvar 2018-ci ildə Niderlandın Veyk aan Zee şəhərində keçiriləcək. Hələ 3 il əvvəl V.Həşimovun ailəsi tərəfindən onun əziz xatirəsinə həsr olunaraq yaradılan "Fair Play" mükafatı da ilk dəfə məhz Veyk aan Zee şəhərində baş tutan ənənəvi turnirdə dünya şahmat ulduzlarına təqdim edilib. Bu mükafatla dünyanın ən məşhur şahmatçıları David Navara, Şəhriyar Məmmədyarov, Hou Yifan, Pentala Harikrişna təltif olunublar.

Qeyd edək ki, 2014-cü ilin yanvarında beyin xərçəngi səbəbindən dünyasını dəyişən gənc beynəlxalq qrossmeyster Vüqar Həşimov şahmat üzrə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb, FIDE Qran Pri turnirinin, İtaliyada müntəzəm olaraq keçirilən Reccio-Emiliya şahmat turnirinin və bir çox nüfuzlu turnirlərinin qalibi və Beynəlxalq Şahmat Federasiyasının (FİDE) reytinqinə görə dünyanın ən güclü şahmatçılarından biri olub.

Xatırladaq ki, "Tata-Steel Masters" Turnirinin 80-ci Yubileyində keçiriləcək qarşılaşmaları bütün dünya diqqətlə izləyəcək. Azərbaycanın tanınmış şahmat ustası Şəhriyar Məmmədyarovun da daxil olduğu şahmatçıların arasında dünya çempionları Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik və Hou Yifan da var.

Zəfər Tağı

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13