“Azərkosmos” “İnterAz” telekanalının yayımının dayandırılmasının səbəbini açıqladı
Texnologiya
30 Oktyabr 2017 16:58

“Azərkosmos” “İnterAz” telekanalının yayımının dayandırılmasının səbəbini açıqladı


“Azərkosmos” ASC “İnterAz” televiziya kanalının “Azerspace-1” peyki üzərindən yayımının dayandırılmasına münasibət bildirib.

“Azərkosmos” ASC-nin mətbuat xidmətindən bildirilib ki, “İnterAz” televiziya kanalı “Azərkosmos” ASC ilə imzalanmış müqavilə üzrə öhdəlikləri yerinə yetirməyib.

Buna görə də televiziya kanalının “Azerspace-1” peyki üzərindən yayımı dayandırılıb.

Qeyd edək ki, ötən həftədən etibarən telekanalın yayımı dayanıb. “İnterAz”-dan mətbuata bildirilib ki, telekanalın yayımında yaranan problem texniki nasazlıqla bağlıdır.

Xatırladaq ki, telekanalın baş ofisi Moskvada yerləşir. Telekanal Azərbaycan və rus dillərində verilişlər yayımlayır. “İnterAz” telekanalı “Azerspace-1” peyki vasitəsilə yayımlanır. (apa)

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08