Ehramda təyyarə boyda gizli otaq tapıldı - Sensasiyalı kəşf - VİDEO - FOTO
Maraqlı
3 Noyabr 2017 10:54

Ehramda təyyarə boyda gizli otaq tapıldı - Sensasiyalı kəşf - VİDEO - FOTO


Fransa və Yaponiya arxeoloqlarından ibarət qrup Misirin paytaxtı Qahirə yaxınlığındakı Gizada yerləşən Xeops (Xufu) ehramını iki il tədqiq edəndən sonra sensasiyalı tapıntı barədə bəyanat veriblər.

Alimlər ehramda iki boşluq aşkarlayıblar.

Milli.Az Science-ə istinadən bildirir ki, ehramdakı böyük boşluq və ya gizli otaq Xeops ehramındakı Böyük Qalereyanın altındadır. Onun uzunluğu 30 metr, hündürlüyü 5 metrdir.

Kiçik otaq isə ehrama əsas girişin üzərindədir.

"ScanPyramids" komandası bəşəriyyətin ən qədim tikililərindən birinə zərər vurmamaq üçün myuon tomoqrafiyası üsulundan istifadə ediblər. Lakin alimlər boşluqların formasını və strukturunu dəqiqləşdirə bilmədiklərindən hələlik onları "zal" adlandırmırlar.

LİGO cazibə detektorları ilə çalışan alimlər tədqiqatlar zamanı əldə olunmuş eksperimental nəticələri araşdırandan sonra bildiriblər ki, ehramda müəmmalı cazibə dalğaları aşkarlanıb.

"Ola bilər ki, aşkarladığımız məkanlar Böyük Qalereyanın çox dar örtük daşlarına düşən ağırlığı bir qədər azaltmaq üçün inşaatçıların bilərəkdən "boş" saxladıqları məkandır", - "ScanPyramids"in elmi rəhbəri, məşhur amerikalı arxeoloq və misirşünas Mark Lener deyib.

Onun sözlərinə görə, buna rəğmən anomaliya diqqətlə araşdırılmalıdır.

Layihənin rəhbərlərindən biri, Qahirə Universitetinin professoru Ani Helalo isə hesab edir ki, aşkarlanan məkanlar adi "boşluq"lar deyil. Layihənin digər rəhbəri Mehdi Təyyubi isə deyir ki, həmin otağa 200 sərnişinlik təyyarəni yenrləşdirmək olar.

Alimlərin dediklərinə görə, 4500 il əvvəl ehram inşa olunandan bəri həmin "gizli otaq"lara kimsənin ayağı dəyməyib.

İndi Xeops ehramında böyük otaqların sayı 4-dür: fironun kamerası, çariçanın kamerası, Böyük Qalereya və "gizli otaq".

Xeops (Xufu) ehramı Misirin ən böyük ehramlarından biridir. Bu ehramın hündürlüyüy 139 metr, ağırlığı isə 8 milyon tondan artıqdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ehramda təyyarə boyda gizli otaq tapıldı - sensasiyalı kəşf

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

















loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13