Döyüş Bayrağı hərbi hissəyə təqdim olundu
Ölkə
10 Noyabr 2017 19:43

Döyüş Bayrağı hərbi hissəyə təqdim olundu


Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsinə döyüş bayrağının təqdim olunması münasibətilə təntənəli mərasim keçirilib.

Tədbirdə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov iştirak edib.

Publika.az bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra HHQ komandanı əlamətdar gün münasibətilə müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb.

Sonra Azərbaycan Prezidentinin müvafiq təqdimatı ilə verilən döyüş bayrağı hərbi hissənin komandirinə təqdim olunub, dövlət himni səsləndirilib.

Döyüş bayrağı təntənəli keçidlə sıra meydanından aparıldıqdan sonra mərasim başa çatıb.

Kürdəmir rayon mədəniyyət şöbəsinin nümayəndələrinin iştirakı ilə hərbi hissədə bayram konserti keçirilib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08