Məqsədinə çatan aşiq
Ölkə
12 Noyabr 2017 23:24

Məqsədinə çatan aşiq


Həbəşə zadəganlarından olan bir qadın eşitmişdi ki, Allah Təalanın Məkkədə evi vardır. O, belə güman edirdi ki, yəqin ki, bu ev xoş havası və suyu olan bir yerdə yerləşir. Böyük bir saraydır ki, əzəmətlidir və gül-çiçəkli bağın ortasında qərar tutur. Qapıları bağa açılır və üzəri cəvahirlə bəzənmiş taxtı vardır. Allah Təala da o taxta əyləşir və insanlar da ətrafında toplaşırlar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ona görə də bu evi ziyarət etməyi özünə vacib bilir. Özü ilə Allah üçün və onun saray əhli üçün bahalı hədiyyələr götürür və hacılar ilə birlikdəMəkkəyə yollanır.
O zaman ki, Kəbə evinə gəlib çatır, onu təsəvvür etdiyi kimi görmür.
 
Ona görə də insanlara müraciət edərək deyir: "Ey insanlar! Ev sahibi haradadır?".
İnsanlar deyir: "Ey qadın! Bu nə sözdür ki, deyirsən? Allah məkandan ehtiyacsızdır".
 
Qadın bu sözlərdən ah çəkir və başını torpağa qoyub, deyir: "Allahım, bu uzun yolu Səni görmək eşqi ilə gəlmişəm və Sənə qovuşmaq ümidi iləgecə yatmamışam. Gündüzləri aramlıq tapmamışam.
İzzət və Cəlalına and verirəm ki, Sənə çatmasam, başımı Sənin astanandan qaldırmayacağam.
Əgər hacılar Kəbə evini ziyarət etmək üçün gəlibdirsə, mən Səni ziyarət etmək üçün gəlmişəm. Mən ev sahibini axtarıram".
 
Bu zaman hacılar Kəbə evinə tərəf tələsirdilər və qadın onların ayaqları altında qalır və əziyyət çəkir. Onunla birlikdə gələnlər yanına gəlib halını soruşmaq istəyəndə, görürlər ki, artıq ruhunu təslim etmişdir.
 
Din alimlərindən biri cənazəsində namaz qılır və gecə yuxuda görür ki, həmin qadın deyir: "Mən məqsədimə çatmışam".

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08