Simbioz həyatın məhsulu
Maraqlı
13 Noyabr 2017 0:04

Simbioz həyatın məhsulu


Unikal xüsusiyyətləri ilə tanınan çay göbələyi hələ eramızdan 259 il əvvəl Çində Xan sülaləsinə məlum idi. Ondan nəinki daxili xəstəliklərin müalicəsi, orqanizmin ümumi müqavimətinin yüksəldilməsi, həmçinin saç və dırnaqlara qulluq üçün də istifadə edilirdi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, çinlilər onu sağlamlıq və ölməzlik eliksiri adlandırırdılar.

Elmi adı meduzomiset olan çay göbələyi həm də çay meduzası, kombuca, yapon göbələyi, yapon süngəri, çay kvası və digər adlarla da tanınır. Bəzi mənbələr onun vətəninin Seylon, digərləri isə Tibet olduğunu göstərilir. İndi onu dünyanın demək olar ki, hər yerində yetişdirirlər.

Çay göbələyi iki mikroorqanizmin- sirkə turşulu bakteriya və maya göbələklərinin simbioz həyatı nəticəsində yaranır. Çay göbələyinin tərkibindəki həmin orqanizmlər ona müalicəvi və qidalandırıcı xassələr verir. Xarici görünüşü meduzanı xatırladan çay göbələyinin üst səthi hamar və parlaq, alt səthi isə bir-birilə çarpazlaşan çoxlu saplardan ibarətdir. Göbələk alt səthinin hesabına qidalanır. Onun qidalanması üçün üzərinə əlavə olunan şirin çay müalicəvi təsirli kvasa çevrilir.

Birinci Dünya müharibəsi zamanı alman alimləri çay göbələyindən hətta süni dəri istehsal ediblər. Meksikada isə suya şirin əncir ataraq onu süni şəkildə yetişdirirlər. Çay göbələyinin 100-ə qədər növü var.

Rusiyaya onu ilk dəfə keçən əsrin əvvəllərindəki rus-yapon müharibəsindən qayıdan əsgərlər gətiriblər. Göbələk kvasından yalnız yüksək təbəqənin nümayəndələri içə bilərdilər. Alman həkimi Valentin Keler çay göbələyinin tərkibindəki qlükuron turşusunun tədqiqi ilə məşğul olaraq xərçəng xəstəliyinin müalicəsində müəyyən uğur əldə edib. Çay göbələyi qığırdaq toxumasının əsasını təşkil edən xondroitinsulfat, mədənin selikli qişasının tərkibinə daxil olan mikroitinsulfat sintez edir, həmçinin antibakterial maddə yaradır.

Qaraciyər və öd kisəsi, burun, boğaz və qulaq xəstəlikləri, xroniki enterokolit, infeksiyalaşmış yaralar, hipertoniya, tonzillit, angina, gözün infeksion xəstəlikləri, kəskin dizenteriya, skarlatina, difteriya, qarın yatalağı, qrip, qastrit, qəbizlik, hemorroy və yanıqlar zamanı çay göbələyindən müalicə məqsədilə istifadə edilir. Ondan alınan içki mərkəzi sinir sisteminin fəaliyyətini tənzimləyir. Orqanizmdə vərəmin inkişafını dayandırır, xəstəliyin gedişini yüngülləşdirir. Göbələk üzün müddətli antibiotikoterapiyadan sonra bağırsağın mikroflorasını bərpa edir, bir çox antibiotiklərdən təsir spektrinin daha geniş olması ilə fərqlənir, uzunömürlüyə səbəb olur.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08