Bakıda sərxoş sürücü maşını yanacaq doldurma məntəqəsinin divarına vurub, xəsarət alanlar var
Ölkə
13 Noyabr 2017 4:16

Bakıda sərxoş sürücü maşını yanacaq doldurma məntəqəsinin divarına vurub, xəsarət alanlar var


Bakı. 13 noyabr. REPORT.AZ/ Bakının Nizami rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, 28 yaşlı Rzayev Samir Akif oğlu idarə etdiyi "10-UO-528" dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobillə Elşən Süleymanov küçəsində hərəkətdə olarkən sürət həddini aşdığı üçün idarəetmədən çıxıb.
Nəticədə maşın əvvəlcə yol kənarındakı səkiyə çırpılıb. Bu zaman avtomobilin ön təkəri qırılıb. Ardınca avtomobil Rüstəm Rüstəmov küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin beton səddinə dəyib.
Qəza nəticəsində avtomobildə olan sürücü S.Rzayev və 28 yaşlı sərnişin Ağayev Yavər Baloğlan oğlu xəsarət alıb. Hər iki yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, Y.Ağayevin vəziyyəti ağırdır.
Hadisə yerinə Nizami Rayon Dövlət Yol Polis şöbəsinin əmməkdaşları gəlib.
Müəyyən olunub ki, hadisəni törədən sürücü S.Rzayev maşını sərxoş vəziyyətində idarə edib. Qəzaya uğramış avtomobil cərimə meydançasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.














loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08