Nitsşeyə, Freydə "yox" deyən, onlarla məşuqu olan bakirə qadın - FOTO
Maraqlı
13 Noyabr 2017 8:04

Nitsşeyə, Freydə "yox" deyən, onlarla məşuqu olan bakirə qadın - FOTO


Lu Salomeni gözəl adlandırmaq olmazdı, lakin olduqca cəsur və azad ruhlu qadın idi. Əsl adı Luiza Andreas Salmoe olan bu xanım qarşılaşdığı bütün kişilərdə xoş təəssürat oyatmağı bacarırdı. Kişilər onun cazibəsi qarşısında buz kimi əriyirdilər, ardı-arası kəsilməyən evlilik təkliflərindən təngə gələn Luiza hələ 17 yaşında özünü ateist elan edir. Sərbəstliyə alışan Lu kişilərlə münasibət qurur, onlarla birgə yaşayırdı. Bununla belə 30 yaşınadək bakirəliyini qoruyub, saxlayırdı. Fridrix Nitsşe, Ziqmund Freyd və onlarla digər dahi kişilər onun ətrafında pərvanə kimi dolanırdılar.

Milli.Az bildirir ki, Luiza Salome Peterburqda alman əsilli ailədə dünyaya göz açmışdı. Buna baxmayaraq o, özünü alman deyil, rus hesab edirdi və hər kəsə tapşırırdı ki, onu Lelya deyə çağırsınlar. Günlərin bir günü bir holland gəclə rastlaşır. Aralarında isti münasibət yarandıqdan sonra sevgilisi onu Lu adlandırmağa başlayır. Beləcə Lelya dönüb olur Lu.

Lu olduqca savadlı və dünyagörüşlü idi. Buna baxmayaraq, tarixin ən qatı cinayətkar qadınlarının həyatı ilə maraqlanır, onlardan ilhamlanırdı. Salome İsveçrədə fəlsəfə üzrə təhsil alır, eyni zamanda ara-sıra İtaliyada bir sıra ədəbi kurslara gedirdi. Kursda tanış olduğu müəllimi Paul Re 32 yaşlı tələbəsinə onunla evlənib, İtaliyada birgə yaşamağı təklif edir. Lu razılaşmır, əvəzində bir evdə bacı-qardaş kimi yaşamağı təklif edir.

Paulun yaxın dostu olan Fridrix Nitsşe həmin dövrdə Ludan 17 yaş böyük idi. Nitsşe etiraf edirdi ki, həyatında onun kimi ağıllı qadınla rastlaşmayıb. Fridrix dostundan geri qalmayıb, Luya onunla ailə qurmağı təklif edir. Lu isə ona da rədd cavabı verir, Paul və onunla birgə yaşamağı təklif edir.

Nitsşe onun haqqında yazırdı:

"Onun cəmi 20 yaşı var, şahin kimi sürətli, şir kimi güclü və eyni zamanda uşaq kimi zərifdir. O, çoxdan mənim düşüncə tərzimə çatacaq qədər müdrikləşib. Bundan əlavə, dəmir kimi sərtdir və həyatdan nə istədiyini çox yaxşı bilir. Onu cəmiyyətin fikri, iradı maraqlandırmır. Nitsşe ona ətrafındakı kişilərə qısqanaraq gah "sevimli mələyim", gah da "acı və qəddarlıq rəmzi" deyə müraciət edirdi.

Lu Şərq dillərindən dərs verən müəllimi Fridrix Andreasla ailə qurur. Onların nikahı kifayət qədər qəribə idi. Ər və arvad arasında fiziki yaxınlıq yox idi. Lunun yanına tez-tez gənc məşuqları gəlirdi. Qulluqçu qadın isə Fridrixdən övlad dünyaya gətirmişdi.

Düz 3 il boyunca Rayner Rilke ilə də eşq macərası yaşayıb. Yalnız həmin vaxt Lunun 35, Rilkenin 21 yaşı var idi. Rilke sonradan yazacaqdı ki, bu qadın olmasa, doğru həyat yolunu tapa bilməzdi.

1910-cu ildə Lu "Erotika" adlı kitabını yazır. Bu açıq-saçıq fikirlərdən ibarət kitab onu bütün Avropada məşhurlaşdırır.

Lu Salome Avropa tarixində ən çox pərəstişkarı olan qadınlardan biri kimi qalıb. (publika.az)

Milli.Az






loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08