Xəzərdə suitilərin ovuna qadağa qoyulacaq
Ölkə
13 Noyabr 2017 8:24

Xəzərdə suitilərin ovuna qadağa qoyulacaq


Xəzər suitilərinin adının BMT-nin Vəhşi Heyvanların Miqrasiya edən Növlərinin Qorunması üzrə Konvensiyanın 1 saylı əlavəsinə daxil edilməsi ilə əlaqədar bu heyvanların ovuna qadağa qoyulacaq.

Milli.Az bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.

Bu qadağanın bütün Xəzəryanı ölkələr üçün tətbiq ediləcəyini deyən M.Axundovun sözlərinə görə, Xəzər suitilərinin sayı çox təhlükəli həddə enib.

M.Axundov qeyd edib ki, müxtəlif mənbələrə əsasən, keçən əsrin əvvəlində Xəzər suitisinin miqdarı təxminən 1 milyon olub. Amma sonradan ingiltərəli alimlər tədqiqat apararkən bu rəqəmin 110 minə endiyi qənaətinə gəlib, Rusiyanın Xəzər Balıqçılıq Təsərrüfatı İnstitutu isə suitilərin sayının 380 min olduğunu açıqlayıb.

M.Axundov əlavə edib ki, Xəzər suitilərinin azalması səbəblərindən biri də onların qidalandığı kilkələrin sayının 2003-2004-cü illə müqayisədə 10 dəfə azalmasıdır.

Hazırda Xəzərdə suitilərin yalnız Rusiya tərəfindən ovlandığını deyən institut direktoru qeyd edib ki, Azərbaycan 1952-ci ildən başlayaraq, Xəzərdə suitilərin ovu ilə məşğul olmur.

O hesab edir ki, Azərbaycan ümumiyyətlə, heç zaman suitilərin tükənməsinə təsir edən ölkə olmayıb:

"Yalnız Rusiya bu ovu aparır. Yanvar-fevral aylarında suitilər Xəzərin şimal hissəsinə gedirlər. Orada suyun duruluğu aşağı olduğundan su buzlaşır və suitlər də buzun üstündə balalayırlar. Bu zaman da suitinin özü deyil, onun balası ovlanır".

M.Axundov qeyd edib ki, Xəzərin Azərbaycan sektorundan suitilərin yalnız 10-12 faizi keçib gedir:

"2005-ci ildə Xəzərin Şah Dili burnunda sırf Xəzər suitiləri üçün dəniz qoruğu yaradılıb. Təxminən 100-200 fərd bizim qoruq olan yerə gəlib, sonradan öz miqrasiyasını davam etdirir. Suitilər balalayandan sonra - martda Xəzərin cənub hissəsinə qayıdırlar. Abşeron yarımadasında dayandıqdan sonra yenidən dənizin lap ortalarına gedirlər. 85 faizi oktyabr-noyabr aylarında yenidən miqrasiya etmək üçün Xəzər dənizinin şimal hissəsinə gedir. Onların cüzi hissəsi - çoxalmada iştirak etməyən cavan fərdlər Azərbaycan, Türkmənistan, İran sularında qalır".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08