İran-İraq sərhədində zəlzələ nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb, 1600 nəfər xəsarət alıb
Dünya
13 Noyabr 2017 9:26

İran-İraq sərhədində zəlzələ nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb, 1600 nəfər xəsarət alıb


Bakı. 13 noyabr. REPORT.AZ/ İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb. Eyni zamanda, 1600 nəfər xəsarət alıb.
Bu barədə "Report" AFP-yə istinadən xəbər verir.

***05:55
Ötən gün axşam saatlarında İran və İraq sərhədində baş vermiş 7,2 maqnituda gücündə zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb, yaralıların sayı isə min nəfəri ötüb.
“Report” xəbər verir ki, bu barədə İranın Mülki Müdafiə Xidmətinə istinadən "Fars News Agency" məlumat yayıb.
Zəlzələ nəticəsində İraqda 6 nəfərin öldüyü bildirilir.

***04:15
Bakı. 13 noyabr. REPORT.AZ/ Noyabrın 12-də İran və İraq sərhədində baş verən 7,2 maqnituda gücündə zəlzələ nəticəsində ölənlərin sayı 100 nəfəri, yaralıların sayı isə min nəfəri ötüb.
“Report” xəbər verir ki, bu barədə yerli xilasetmə xidmətlərinin məlumatında qeyd olunur.
Böhran Mərkəzinin məlumatına görə, təbii fəlakət nəticəsində əsas zərbə İranın qərbində yerləşən Kermanşah və İlam əyalətlərinə dəyib.
İran prezidenti Həsən Ruhani zəlzələ nəticəsində bütün zərərçəkənlərə lazımi yardımın göstərilməsi barədə göstəriş verib. Hadisə yerində Beynəlxalq Qırmızı Aypara Cəmiyyətinin yerli bürosunun əməkdaşları işləyir.
Qeyd olunur ki, əsas yeraltı təkanlardan sonra 3,6-dan 4,7 maqnitudaya qədər daha 12 təkrar təkan baş verib.
Zəlzələ nəticəsində həmçinin İraqda 1 nəfərin öldüyü və 100-ə yaxın insanın yaralandığı bildirilir.
Yeraltı təkanlar Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan və cənub rayonlarında da hiss olunub.

***03:33
Bakı. 13 noyabr. REPORT.AZ/ Ötən gün İran-İraq sərhədində baş verən 7,2 maqnituda gücündə zəlzələ nəticəsində İslam Respublikasının Kermanşah əyalətində ölənlərin sayı 81 nəfərə çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "Fars News Agency" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, təbii fəlakət nəticəsində min nəfərə yaxn insan xəsarət alıb.

***02:30
Bakı. 13 noyabr. REPORT.AZ/ Bazar günü İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində İslam Respublikasının Kermanşah əyalətində azı 60 nəfər həyatını itirib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "Fars News Agency" agentliyi məlumat yayıb.
Həmçinin qeyd olunur ki, təbii fəlakət nəticəsində daha 300 nəfər yaralanıb.

***00:03
Bakı. 13 noyabr. REPORT.AZ/ Bazar günü İran və İraq sərhədində baş verən 7,2 maqnituda gücündə zəlzələ nəticəsində İslam Respublikasının Süleymaniyyə vilayətinin Darbandihan şəhərində azı 6 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.
“Report” xəbər verir ki, bu barədə "Russian Today" nəşri yazıb.
Yeraltı təkanlar Küveytdə, həmçinin Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan və cənub rayonlarında hiss olunub.

***22:49
Bakı. 12 noyabr. REPORT.AZ/ İran-İraq sərhədində 7,2 maqnituda gücündə zəlzələ qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanların ocağı yerin 10 kilometr dərinliyində olub.







loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08