AŞPA terrorla qonşu oldu
Ölkə
13 Noyabr 2017 10:54

AŞPA terrorla qonşu oldu


- Dayan! Dur deyirəm sənə! Keçə bilməzsən! Olmaz! Dur!

... Avropa Şurasının Parlament Assambleyasının binasının sağ tərəfində çadır qurmuş PKK terrorçuları qışqırırdılar. Onlar qurduqları çadırı, sanki, terror təşkilatının lideri Abdulla Öcalanın diri ikən "gömüldüyü" məqbərə sayırdılar.

Fransanın Strasburq şəhərində, AŞPA binasının qənşərində PKK-lılar çadır qurublar. Sağında, solunda, önündə, arxasında da PKK lideri Abdulla Ocalanın portretləri.

Çadıra tərəf gedəndə qarşımı PKK mənsubları kəsdilər. Üst-başımı yoxlamaq istədiyini dedilər.

"Bura Fransadır, sizin ixtiyarınız yoxdur" dedikdə isə qışqırmağa, qəzəblə əllərini yelləyərək qarşımı kəsməyə çalışdılar.

Çadırın içi PKK-nı təbliğ edən şüarlar, müxtəlif terrorçuların fotoları, onlara azadlıq tələb edən şüarlarla doludur.

Hava soyuq olduğundan çadırın ortasındakı sobanın ətrafına yığılmış PKK-lılar "aksiya rəhbəri" dedikləri şəxsi qabağa verirlər.

Özünü "Heval Serhat", yəni "Yoldaş Serhat" adlandıran sallaqbığ, ortaboy şəxs məqsədimi soruşur, çadıra niyə girdiyimi öyrənmək istəyir.

Azərbaycanlı jurnalist olduğumu biləndə sərtləşir:

- Suallarınızı cavablamaq istəmirəm! Lütfən, çadırı tərk edin...

Bir qədər keçir və Sərhat danışmağa başlayır.

Dediyinə görə, AŞPA-nın önündə ilk PKK çadırı 5 il əvvəl qurulub. Sonra çadır götürülüb, amma beş həftə əvvəl Abdulla Öcalanın dəstəkçiləri və tərəfdarları yenidən buraya yığışıblar.

"Abdulla Öcalandan xəbər yoxdur. Onun durumu barədə məlumat istəyirik, azadlığa buraxılmasını tələb edirik!" - Sərhat danışır, danışdıqca da, sanki, özünü İraqın şimalındakı Qəndil dağındakı PKK düşərgələrindən birində hiss edir.

"Təbliğat nitqi" təxminən 10 dəqiqə davam edir və sonucda Sərhat qəflətən deyir:

- Onsuz da, dediklərim sizə təsir etməyəcək.

PKK, yəni "Parti Karkaren Kurdistan" ("Kürd Fəhlə Partiyası") Strasburqda, AŞPA binası önündə çadır qurmaqla aşkar siyasi təxribatla məşğul olduğunu anlayır. Elə Sərhatın dediyinə görə, məqsədləri də budur.

Fransa polisi isə baş verənlərə göz yumur, AŞPA susur.

O AŞPA ki, üzv olduğu dövlətlərin əksəriyyətində PKK terror təşkilatı sayılır və Türkiyənin bu çadırın dərhal götürülməsi ilə bağlı tələblərini sürəkli qulaqardına vurur.

Avropa Şurası yetkililərinə suallarımıza da söz yığınından ibarət, konkretlikdən çox uzaq cavablar verilir.

"İnsan haqları", "ifadə azadlığı", "polikulturalizm", "milli azlıqların aksiya keçirmək sərbəstliyi" və bu kimi çoxdan aberrasiyaya çevrilmiş kəlmələrlə söz oyununa başlayan avropalı siyasətçilər, daha doğrusu AŞPA məmurları PKK terrorçularının AŞPA-nın önündə məskən salmalarını, üstəlik çox aqressiv davranaraq Türkiyə vətəndaşlarını, türkləri və ümumiyyətlə, türk sandıqları hər kəsi təhdid etmələri, aşağılamağa çalışmalarını görmək istəmirlər.

Fransa polisinin xüsusi qrupu çadırdan xeyli kənarda, videomüşahidə kameraları quraşdırılmış yerdə duraraq uzaq seyrçiliklə kifayətlənir.

Rəsmi Ankaranın dəfələrlə səsləndirdiyi tələblərə, Türkiyə hakimiyyətinin mənsublarının çağırışlarına rəğmən AŞPA bu çadırı inadla, israrla "görmür".

Strasburq şəhərinin meri Rolan Riz isə Milli.Az-ın suallarını cavablayarkən söylədi: "Onlar qanunu pozmurlar və belədirsə, ifadə azadlığı prinsipinə əsaslanaraq sərt tədbirlərə əl atmaq istəmirik".

AŞPA önündə terror təbliğatı, Türkiyənin hədələnməsi, demokratiya prinsiplərinə meydan oxunması, aqressiv davranış "ifadə azadlığı" sayılırsa, onda Avropa Şurasının qərarlarında və bu qurumun üst düzəydəki funksionerlərinin "Avropa Birliyi üzvü olmayan dövlətlər" adlandırdıqları ölkələrlə bağlı yürütdükləri siyasətin məhvər prinsipləri bəlli olur.

Türkiyəyə siyasi təzyiqin, pərdələnməmiş pressinqin belə primitiv yolunu seçən AŞPA bu dəfə çox bəsit davranır.

Çadırdakılara da bunu söyləyirəm.

"Şeval Serhat" susur və dönərək AŞPA-ya ümidlə baxır...

Elçin Alıoğlu
Milli.Az










loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08