Gömrük Komitəsinin rəhbəri: "Azərbaycan Pakistanla əməkdaşlığın inkişafına böyük önəm verir"
Ölkə
13 Noyabr 2017 11:01

Gömrük Komitəsinin rəhbəri: "Azərbaycan Pakistanla əməkdaşlığın inkişafına böyük önəm verir"


Bakı. 13 noyabr. REPORT.AZ/ "Azərbaycan həmişə Pakistanı dəstəkləyib və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Kəşmir məsələsi üzrə beynəlxalq forumlarda onun mövqeyini müdafiə edib."
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Pakistanın "The News" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verən Heydər Əliyev Fondu və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda müxtəlif sahələrdə bir sıra humanitar və sosial layihələr həyata keçirilib.
A.Əliyev vurğulayıb ki, Azərbaycan bütün sahələrdə Pakistanla əməkdaşlığın inkişafına böyük önəm verir, ikitərəfli münasibətlər günbəgün artır. O, ölkələri tarixi və dini əlaqələrin birləşdirdiyini də əlavə edib.
Komitə rəhbəri Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan və ölkədə səfirlik açan ilk dövlətlərdən biri olduğunu xatırladıb. O, Azərbaycan xalqının Pakistanın Azərbaycan ərazilərini işğal edən Ermənistanı dövlət kimi tanımadığını yüksək qitmətləndirdiyini vurğulayıb.
A.Əliyev Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Pakistan Federal Gəlirlər Bürosunun gömrük pozuntularına, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə, gömrük sisteminin təşkilində və digər məsələlərdə əməkdaşlıq etdiyini bildirib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08