Seysmoloq: "İraq-İran sərhədində baş verən zəlzələ regionda son illərin ən güclü təbii fəlakəti olub"
Dünya
13 Noyabr 2017 11:06

Seysmoloq: "İraq-İran sərhədində baş verən zəlzələ regionda son illərin ən güclü təbii fəlakəti olub"


Bakı. 13 noyabr. REPORT.AZ/ "İraq-İran sərhədi yaxınlığında baş verən zəlzələ regionda son illərin ən güclü təbii fəlakəti olub".
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Sauthempton Universitetinin (Böyük Britaniya) seysmoloqu Stiven Hiks deyib.
ABŞ Geologiya Xidməti zəlzələnin yerli vaxtla saat 21:18-də baş verdiyini, yeraltı təkanların 7,3 bal gücündə olduğunu bildirib. Zəlzələnin episentri İraqın Hələbcə şəhərindən 30 kilometr cənub-qərbdə yerləşib.
Xidmətdən verilən məlumata görə, Yer qabığında baş verən dəyişiklik Ərəbistan və Avrasiya platformaları arasındakı qırılmaya görə olub. Belə ki, platformaların hərəkəti nəticəsində Yer qabığında sıxılmaya görə əmələ gələn torpaq sürüşməsi yaranıb.
"Zəlzələ bölgəsində Ərəbistan platforması Avrasiya platformasına nəzərən ildə 26 millimetr şimala doğru hərəkət edir. Bu iki pilitə şimal-qərb istiqamətində, bilavasitə zəlzələnin olduğu zonada toqquşur. Bu proses nəticəsində hətta İrandakı Zaqros dağları da yüksəlir", - ABŞ-ın Geologiya Xidmətinin məlumatında deyilir.
Son məlumatlara görə, zəlzələ qurbanlarının sayı 211 nəfərə çatıb, təqribən 1600 nəfər isə yaralanıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08