“Arvadım dostumla gəzir” dedi, məhkəmə isə... - Bakıda qəribə olay
Ölkə
13 Noyabr 2017 11:14

“Arvadım dostumla gəzir” dedi, məhkəmə isə... - Bakıda qəribə olay


Arvadının ona dostu ilə xəyanət etməsi haqda məlumatlar yayan ər məhkəmə tərəfindən cəzalandırılıb. Hadisə Bakıda baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Yasamal rayonunda məktəblərin birində direktor müavini işləyən qadın məhkəməyə müraciət edərək ərinin onun haqda yalan məlumat yaymaq, böhtan atmaq şərəf və ləyaqətini alçatdığını iddia edib və bunun üçün də cəzalandırılmasını istəyib. Belə ki, qadın ərinin yaydığı məlumatların yalan kimi tanınmasını, təkzib məktubu göndərərək üzr istəməsi və mənəvi zərərə görə 30 min manat cərimələnməsini istəyib.

Şəxsi məlumatların qorunması məqsədi ilə tərəflərin adları tam açıqlanmır. Cütlük 1986-ci ildən evlidir, rəsmi olaraq boşanmasalar da, faktiki ayrı yaşayırlar.

Yasamal Rayon Məhkəməsi qadının iddiasını rədd edib, o da apellyasiya şikayəti edib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Cəfərov işə baxaraq müəllimənin xeyrinə qərar çıxarıb. Məhkəmə araşdırması zamanı şahidlərin ifadələrinə əsaslanılıb. Qonşusu deyib ki, qadının əri onlara zəng edərək arvadının ona dostu ilə xəyanət etdiyini deyib. Həmin məktəbdə işləyən 3 şahid də eyni halın baş verdiyini deyiblər.

Məhkəmədə ifadə verən ər isə belə bir məlumatı yaymadığını deyib.

Məhkəmə belə qərara gəlib ki, 2 uşaq anası, direktor müavininin özü barədə yalan məlumat yayması, sonra da həmin şəxsləri öyrədərək yalançı şahid kimi istifadə etməsi inandırıcı deyil.

Buna görə də iddiası qismən təmin edilib. Məhkəmə qərarına görə, ər arvadının xəyanət etməsi haqda yalan məlumat yaydığı üçün ondan yazılı formada üzr istəməli, mənəvi zərərə görə də min manat ödəməlidir. 

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08