Azərbaycan Beynəlxalq Bankında ipoteka kreditlərinin illik faiz dərəcəsi və ilkin ödəniş məbləği azaldılıb
İqtisadiyyat
13 Noyabr 2017 11:16

Azərbaycan Beynəlxalq Bankında ipoteka kreditlərinin illik faiz dərəcəsi və ilkin ödəniş məbləği azaldılıb


Bakı. 13 noyabr. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil bankı olan “Azərbaycan Beynəlxalq Bankı”nda ASC-də adi ipoteka kreditlərinin verilməsi şərtləri asanlaşdırılıb.
“Report” Banka istinadən xəbər verir ki, kreditlərin illik faiz dərəcəsi 7%-ə, ilkin ödəniş məbləği isə 20%-ə endirilib.
İpoteka kreditləri manatla, yalnız Azərbaycan vətəndaşlarına və üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınması məqsədilə verilir. Kreditin maksimal məbləği 150 min manat, maksimal müddəti isə 25 ildir.
İpoteka krediti almaq üçün müştərilər E-hökumət” portalı (e-gov.az) vasitəsilə əvvəlcədən qeydiyyatdan keçərək, müraciət üçün seçdikləri müvəkkil bankda növbəyə yazıla bilərlər. ABB-də ipoteka kreditlərinin rəsmiləşdirilməsi Bankın Səbail filialında (Bakı şəhəri, Tolstoy küçəsi, 191 ünvanında) həyata keçirilir.
Müasir dövlət bankı olan ABB-nin digər məhsul və xidmətləri barədə məlumatları Bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az ünvanında yerləşən rəsmi internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin “Facebook” sosial şəbəkəsində yerləşən rəsmi səhifəsindən əldə etmək olar. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08