"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5
İqtisadiyyat
13 Noyabr 2017 11:21

"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5


Bakı. 13 noyabr. REPORT.AZ/ Qlobal maliyyə bazarları üçün 13-17 noyabr həftəsində ən vacib iqtisadi xəbərlər ABŞ, Böyük Britaniya, avrozona və Kanadada açıqlanacaq.
"Report"un analitik qrupu həftənin dünya maliyyə bazarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbəri müəyyənləşdirib:
1) Noyabrın 15-də Bakı vaxtı ilə saat 17:30-da ABŞ Ticarət Nazirliyi oktyabr ayının inflyasiya göstəricisini açıqlayacaq. Qeyd edək ki, analitiklər aylıq inflyasiyanın 0,1%, illik isə 1,7% olacağını proqnozlaşdırırlar. Baza inflyasiyanın isə 0,2% olması gözlənilir. İnflyasiyanın proqnozları üstələməsi FED-in uçot dərəcəsi ilə bağlı qərarına birbaşa təsir edəcək.
Bununla yanaşı, eyni gündə ABŞ-da oktyabr ayı üzrə pərakəndə satışın həcmi ilə bağlı göstərici açıqlanacaq. Bu göstəricinin 0,1% artması ehtimal edilir. Qeyd edək ki, pərakəndə satışın artım göstəricisi birbaşa iqtisadi artımı əks etdirir. Belə ki, istehlak xərcləri ABŞ iqtisadi artımının 70%-ni təşkil edir;
2) Noyabrın 14-da Bakı vaxtı ilə saat 13:30-da Böyük Britaniyada oktyabr ayının inflyasiya göstəricisi açıqlanacaq. Analitiklər inflyasiyanın son 5 ilin maksimal həddinə çataraq illik 3,1% olacağını ehtimal edirlər. Həmçinin, Böyük Britaniyada işsizlik və pərakəndə satışla bağlı göstəricilər diqqət mərkəzində olacaq;
3) Noyabrın 16-da Bakı vaxtı ilə saat 14:00-da Avropa Mərkəzi Bankı (ECB) oktyabr inflyasiyasını açıqlayacaq. Analitiklər illik inflyasiyanın 1,4% olacağını proqnozlaşdırırlar. Bununla yanaşı, baza inflyasiya göstəricisi diqqət mərkəzində olacaq. Bu göstəricinin son 5 ayın minimumuna enərək 0,9% olması gözlənilir. Bu da birbaşa ECB-nin monetar siyasətinə təsir edəcək. Monetar stimullaşdırma davam edəcək, uçot dərəcəsi isə daha gec bir müddətdə artırılacaq. Nəticədə, avronun məzənnəsində geriləmə müşahidə oluna bilər;
4) Noyabrın 17-də saat 17:30-da Kanadada oktyabr ayının inflyasiya göstəricisi açıqlanacaq. Ekspertlər inflyasiyanın 0,1% olacağını düşünürlər. İllik inflyasiyanın isə 1,4% təşkil etməsi proqnozlaşdırılır;
5) Noyabrın 14-də ECB-nin Frankfurt şəhərində panel diskussiyası keçiriləcək. İclasda ECB rəhbəri Mario Dragi, FED rəhbəri Canet Yellen, BoE rəhbəri Mark Karni və "BoJ" rəhbəri Xaruxiko Kuroda iştirak edəcəklər. Diskussiyanın mövzusu "Monetar siyasətdə əsas element: Mərkəzi bankların problemləri və əməkdaşlıq imkanları" olacaq.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08